Samsung Galaxy Note 8-in təqdimat tarixi məlum oldu

Galaxy Note 8 vaxtından əvvəl təqdim oluna bilər.


Dünən gözlənilmədən Galaxy S8-in aşağı satışlarını bərpa etmək üçün Samsung-un Galaxy Note 8-i vaxtından əvvəl tədqim edəcəyini iddia edən koreyalı jurnal The Bell bu məlumatın ardından "adsız sənayə" mənbələrinə istinad edərək Note 8-in təqdimat tarixini də açıqlayıb.

Məlumata görə Samsung şirkəti 23 avqust tarixində New York-da təşkil edəcəyi Galaxy Unpacked tədbirində Galaxy Note 8-i rəsmi olaraq təqdim edəcək. Bu yayılan iddialar böyük səs-küyə səbəb oldu, çünki dünənə qədər Galaxy Note 8-in sentyabr ayında təqdim olunacağı deyilirdi.

Samsung Galaxy Note 8-in təqdimat tarixi məlum oldu

İndiyə qədər yayılan (rəsmi olmayan) məlumatlara baxdıqda bu nəticəyə gəlirik ki, Samsung özü belə Note 8 modelinin potensialından əmin deyil. Galaxy S8-ə ən çox irad tutulan arxa panelə yerləşdirilmiş barmaq izi sensoru Note 8 modelində ekranın daxilindədir. Bu fərqlilik ilə indidən müsbət rəylər almağı bacaran Galaxy Note sentyabr ayında təqdim olunacaq yeni iPhone modeli ilə "çiyin-çiyinə" mübarizə apara biləcəkmi? Bunu zaman göstərəcək.