Samsung Galaxy Note 8-ə Android 8.0 Oreo gəldi !

Çoxdandır gözlədiyimiz yeniləmə artıq gəldi.

Samsung-un ən öndə gedən smartfonlarından biri olan Note 8 üçün Android 8.0 Oreo yenilənməsi gəldi. İlk paylaşım Avropada olub və bu yaxınlarda bütün dünyada yeniləmənin olacağı gözlənilir.

Samsung bir müddətdir ki, Galaxy S8Galaxy Note 8 smartfonlarında Android 8.0 Oreo yeniləməsi üzərində işləyirdi. Artıq Mart ayını da geridə buraxırıq, lakin yenilənmə hələ də qlobal olaraq paylanmayıb. Amma bugün Galaxy Note 8 istifadəçiləri üçün xoş xəbərimiz var. 

İLK YENİLƏMƏ FRANSADA

Bugün Fransadan gələn xəbərlərə görə artıq bu ölkədə Android 8.0 Oreo yeniləməsi paylaşılmağa başlanılıb. Hər nə qədər digər ölkələrdə bu yeniləmənin nə zaman olacağı barədə məlumatımız olmasa da, bu böyük işarədir. Samsung-un yeniləməni bu yaxınlarda qlobal olaraq paylaşılmağı gözlənilir.