Samsung Exynos 8895 haqqında ən son informasiyalar mediaya sızdı !

10 nm-lik ölçüdə hazırlanan bu prosessorların güc istehlakı isə maksimum 5 vat olacaq.
Samsungun Exynos prosessor ailəsinin ən yeni modeli Exynos 8895 prosessoruna aid texniki xüsusiyyətlər sızdırıldı. Exynos 8895 prosessorunun texniki xüsusiyyətləri : Samsungun 2017-ci ilin ortalarında istifadə ediləcəyi gözlənilən Exynos 8895 prosessoru 10 nm FinFET istehsal keyfiyyətində hazırlanır. Exynos 8895 və Exynos 8895V olaraq iki model istehsal ediləcək . 8 nüvəli prosessoru 2.5 Ghz sürətində çalışan Mongoose M2 nüvələrindən və 1.7 Ghz sürətə sahib Cortex-A53 nüvələrinə sahibdir. Exynos 8895V modelində isə M2 nüvələrinin tezlik sürəti 2.3 Ghz səviyyəsindədir. Qrafik interfeysdə isə Mali-G71 MP20 və Mali-G71 MP18 çipsetlərinə yer veriləcək. Bu çipsetlər 20 və 18 nüvəli quruluşa və 550 Mhz tezliyə sahibdir . Mali-G71 MP20 çipi 8895 modelində, MP18 qrafik çipi isə 8895V modelində yer alacaq . Cat.16 LTE modem ilə gələn Exynos 8895 prosessorlarının hər iki modeli də 4K ekran dəqiqliyinə qədər keyfiyyət təqdim edəcək. 10 nm-lik ölçüdə hazırlanan bu prosessorların güc istehlakı isə maksimum 5 vat olacaq.