Samsung Apple-a təzminat ödəyəcək

Texnologiya dünyasının iki böyük rəqibi arasındakı patent döyüşü üçün məhkəmə prosesi başa çatıb. RƏQƏM 120 MİLYON DOLLARA DÜŞDÜ 2012-ci ildə tarixin ən böyük patent iddialarından biri rekord bir təzminat ilə nəticələnmiş, Samsungun 3 fərqli patent üçün Apple-a 2.2 milyard dollar ödəməsinə qərar verilmişdi. 2014-ci ildə Cənubi Koreya mərkəzli şirkətin etirazı ilə bu rəqəm 120 milyon dollara endirilmiş, bununla kifayətlənməyən Samsung etiraz etmişdi.

Etiraz rədd edildi

Məhkəmə Samsungun etirazını rədd etdi. Beləcə şirkətin bu qərara ikinci etirazı da rəsmi olaraq qarşılıqsız qaldı. Samsungun 2 variantı var Bu qərarın ardından Samsungun qarşısında iki yol var. Bunlardan birincisi son qərarı Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinə aparıb Apple-ın istəyinə üçüncü dəfə etiraz etmək və ya məhkəmənin qərar verdiyi kimi Apple-a 120 milyon dollar təzminat ödəmək.