Rusiyalı ustalar avtomobillər ilə stress çarxı hazırlayıblar

Rus ustalar köhnəlmiş avtomobilləri bir-birinə qaynaqlayaraq nəhəng stress çarxı hazırlayıblar.
Stress çarxları qısa bir müddət ərzində bütün dünyada məşhurlaşdı. Bu məşhurluq artıq o həddə çatıb ki, əksər insanlar əlində olan maraqlı əşyalar ilə fərqli stress çarxı hazırlayıb yeniliyə imza atmaq istəyir. Bu xəbərimizdə təqdim edəcəyimiz isə tamamilə fərqli bir növdür. Belə ki, bu stress çarxı avtomobillər ilə hazırlanıb.

Rusiyalı ustalar avtomobillər ilə stress çarxı düzəldiblər

Гараж 54 adlı məşhur rus YouTube kanalının yayımladığı videoda bir qrup insan günümüzün getdikcə daha da böyüyən trendinə fərqli bir baxış bucağı gətirib. Köhnəlmiş avtomobillərin bir kənarda qalmasındansa, onları birləşdirərək nəhəng bir stress çarxı yaratmağı üstün tutan rus ustalar ilk mərhələdə 3 avtomobili ortadan ikiyə ayırıblar. Daha sonra ikiyə ayrılan avtomobillərin ön hissələri bir-birinə qaynaq edilib. Onu da qeyd edək ki, avtomobillərin ön hissəsindəki mühərriklər işlək vəziyyətdədir və hər 3 avtomobil də ön ötürücülü olduğuna görə bu nəhəng stress çarxı hərəkətlənə bilib.

Aşağıdakı videodan avtomobillər ilə hazırlanmış nəhəng stress çarxını izləyə bilərsiniz. Stress çarxının necə hərəkət etdiyini görmək istəyənlər birbaşa olaraq videonun 7:30-dan sonrasını izləyə bilər.