Rise of the Tomb Raider PlayStation4-ə Gəlir!

Xeyli müddətdir Xbox One konsoluna məxsus olan Rise of the Tomb Raider oyunu nəhayət PlayStation4 (PS4) platformasına gəlir! Video oyun dünyasının ən tanınan personajlarından olan Lara Croft-un başına gələnlərdən bəhs edən Tomb Raider seriyasının yeni oyunu olan Rise of the Romb Raider uzun müddətdir Xbox konsoluna məxsus oyun olaraq qalmışdı. İlk növbədə Xbox One və Xbox 360 konsolları üçün 2015-ci ildə bazara çıxarılan oyunun PC və PlayStation4 üçün 2016-cı ildə çıxacağı qeyd edilmişdi. Qrafikləriylə və hekayəsiylə bir çox oyun sevəri özünə cəlb eliyən Rise of the Tomb Raider-ın PlayStation4 konsolu üçün çıxış tarixi açıqlandı. PC platforması üçün bu ilin ilk aylarında çıxan oyun nəhayət PlayStation4 sahiblərinə təqdim olunacaq.
11 Oktyabr 2016-cı il tarixində PlayStation4 platforması üçün satışa çıxarılacaq Rise of the Tomb Raider-ın eyni zamanda oyunun əlavə olaraq satılan və yeni bir hekayəyə sahib Blood Ties DLC-sinin PlayStation konsoluna məxsus virtual reallıq başlığı PlayStation VR ilə oynana biləcəyi bildirilir. Ancaq oyunun yaradıcısı Rise of the Tomb Raider-ın PS4 versiyasıyla əlaqədar hələ də ətraflı bir açıqlama verməyib. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .