Qırmızı iPhone 7 gəlir!

Apple-ın mart ayında təşkil edəcəyi tədbirdə qırmızı rəngdə iPhone 7-nin gələcəyi söylənilir.
Apple mart ayında xüsusi iPad tədbiri təşkil edəcək. Bu tədbirdə yeni iPad Air, watchOSmacOS yeniləmələrinin təqdimatı gözlənilirdi. Ancaq yeni gələn xəbərlərə görə Apple bu tədbirdə yeni cihazlarını da təqdim edəcək.

Bu cihazlar arasında ən diqqət çəkəni qırmızı rəngli iPhone 7-dir. Qırmızı iPhone 7-nin yanında bir də 128 GB daxili yaddaşlı iPhone SE modelinin də tanıdılacağı gözlənilir.

Diqqət çəkən digər bir xəbər isə iPad-lə bağlıdır. Deyilənə görə bu il ilk dəfə Home düyməsi olmayan bir iPad görəcəyik. Home düyməsinin ləğv edilməsi İOS cihazlarının yeni bir mərhələyə qədəm qoymasını göstərir. iPhone 8-də də Home düyməsi olmayacaqdır.