Qadın kosmonavt NASA rekordunu qırdı

Məşhur qadın kosmonavt Peggy Whitson NASA rekordunu qırıb. Daha ətraflı:
Beynəlxalq Kosmos Stansiyasının rəhbəri Peggy Whitson NASA rekordunu qırıb. Whitson bu rekordu 534 gün kosmosda qalmaqla yeniləyib.

Prezident Donald Trump NASA kosmonavtı Kate Rubins və ilk qızı İvanka Trump diqqət çəkici dönüş nöqtəsində onu təbrik etmək üçün Whitson ilə 20 dəqiqəlik görüş keçiriblər.

Whitson 1996-cı ildə kosmonavt seçilib və stansiya sadəcə 4 moduldan ibarət olduğu vaxtda (2002-ci ildə) ISS-yə (İnternational Space Station) ilk 184 günlük səfərini gerçəkləşdirib. Peggy Whitson 2008-dəki bir sonrakı səfərində ISS-nin ilk qadın rəhbəri olaraq tarixə düşüb.



Peggy Whitson mart ayında bir qadın kosmonavtın məsuliyyəti öz üzərinə götürdüyü ən uzun kosmos səyahəti ilə tarixə yeni bir iz qoydu. 53 saatdan daha çox bir müddətdə ISS-nin xarici gövdəsinə yapışan Peggy bu rekordunu 12 mayda başlaması planlaşdırılan yeni bir kosmos səyahətində yeniləmək istəyir.