Project Cars oyunun mobil versiyası təqdim edləcək.

Project Cars oyunu hamı tərəfindən sevilən və tanınan oyundur. Həmçinin sistemləri yoran oyunlardan biridir.

Bilirik ki, hərkəsin telefonunda müxəlif oyunlar var və bu oyunlar istifadəçi zövqündən və istəyindən asılı oaraq dəyişir. Getdikcə mobil platformada oyunlara olan dəstək getdikcə artır. Müxtəlif şirkətlər, məsələn PUBG Corp, Nintendo və başqaları öz oyunlarının mobil versiyasını bizlərə təqdim edirlər. Getdikcə mobil sahədə oyunlar arasında rəqabət artır.

Slightly Mad Studios və Bandai Namco ortaqlığı ilə yaradılan Project Cars oyunun mobil versiyası Slightly Mad Studios ilə GAMEVIL tərəfindən  hazırlanacaq. Bu oyun Project Cars Go adlanacaq. Nisbətən qrafik cəhətdən zəif olsada, hərkəs tərəfindən bəyəniləcəyi sözsüzdür. Amma yenede qeyd edək ki, Project Cars oyunu ağır qrafikaya malikdir və ən güclü PC sitemlərini belə yorur. Oyunun hansı keyfiyyətdə olacağını isə təqdim edildikdə görəciyik.