Piratlar Rise of The Tomb Raider-ın təhlükəsizliyini qırmağı bacardı!



Yeni nəsil təhlükəsizlik sistemi istifadə edən oyunlardan biri olan Rise of the Tomb Raider də piratlardan qurtula bilmədi. Tanınan Çinli crack qrupu 3DM-in crack etməyi demək olar ki, imkansız hala gətirdiyini bildirdiyi yeni oyunlarda istifadə edilən şifrələmə sistemi Denuvo Rise of the Tomb Raider-də mövcuddur. Ancaq artıq Denuvo-da oyun tərtibatçılarının inamını sarsıtmış vəziyyətdədir, çünki CONSPOR4CY adlı crack qrupu onun təhlükəsizliyini qıraraq pirat surətini internetə yükləməyi bacardı.


Əslində Rise of the Tomb Raider yeni çıxmış bir oyun deyil. Yəni hər nə olursa olsun crack qruplarının oyunu xak etməsi çox zaman alıb. Onsuzda 3DM qrupunun ifadə etdiyi Denuvo və bənzər sistemlərin crack etməyi tamamilə imkansız etməsi yox, sadəcə crack müddətinin uzun çəkməsini təmin etməsi istiqamətindəydi. Daha əvvəl Just Cause 3 və Doom kimi oyunların da piratları internetə düşmüş, ancaq qısa müddətdə mövcud təhlükəsizlik açıqları aradan qaldırılmışdı. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .