Pilotsuz təyyarələr 2018-ci ildə sınaq uçuşlarına başlayacaq.

Dünyanın ən böyük təyyarə və vertolyot istehsalçılarından olan Boeing 2018-ci ildə pilotsuz təyyarələrlə sınaq uçuşu etməyə başlayacaq.


Dünyanın ən böyük təyyarə və vertolyot istehsalçılarından olan Boeing 2018-ci ildə pilotsuz təyyarələrlə sınaq uçuşu etməyə başlayacaq. UBS tərəfindən edilən bir araşdırmanın nəticələrinəd görə pilotsuz təyyarələrin xidmətə başlamasıyla pilotların sayının ciddi nisbətdə azala biləcəyi ifadə edilir.

8 min adamla GÖRÜŞÜLDÜ

UBS araşdırma zamanı 8000 adamla müzakirələr etdi. Araşdırmaya qatılanların yalnız 17/100-i pilotsuz təyyarəyə minə biləcəyini söylədi. UBS avia şirkətlərin pilotsuz təyyarələrlə ildə 26 milyard dollar qənaət edə biləcəyini qeyd edir.

UBS pilotsuz təyyarələrlə təyyarə səfərlərinin daha etibarlı hala gələcəyini müdafiə edir, ancaq bir çox təhlükəsizlik mütəxəssisi bu fikirdə deyil.

İngiltərənin Pilotlar Birliyindən təhlükəsizlik mütəxəssisi olan Steve Landells:

"Kokpitte avtomatlaşdırması yeni bir şey deyil. Hətta avtomatlaşdırma bir çox əməliyyata dəstək verir. Ancaq hər gün pilotlar etmələri lazım olan şeyi edə bilməyən avtomatik sistemlərə müdaxilə etmək məcburiyyətində qalır. Kompüterlər işləməyə bilər. Tez-tez da işləmir. Kompüterin çalışması üçün hələ bəzilərinə ehtiyac var."

Yaş artdıqca QORXU ARTIR


UBS-nin araşdırmasına qatılanların 54/100-ü pilotsuz təyyarəyə ayaq basmayacağını söylədi. Araşdırma yaş artıqca bu təyyarələrə duyulan etibarsızlığın də artdığına göstərir .

45-54 yaş aralığındakı insanların yarıdan çoxu bu məsələyə müsbət yanaşmadığı halda 25-34 yaş aralığındakı insanların 30/100-u pilotsuz təyyarələri istifadə edəcəyini ifadə etdi.
UBS pilotsuz təyyarələrlə təyyarə səfərlərinin daha etibarlı olacağını da qeyd edir .
Şirkətə verdiyi məlumata görə qəzaların yüzdə 70-80-i insan səhvindən qaynaqlanır.