Philips yeni HDR1000 standartını dəstəkləyən monitor təqdim etdi.

Sizlərə Asus-un Gaming monitoru haqqında məlumat vermişdik. Bugün isə sizlərə Philips Momentum 436M6VBPAB modeli haqqında məlumat verəciyik. Modelin adı çox uzundu amma adındakı hərbir hərf bir xüsusiyyəti bildirir. Philips Momentum 436M6VBPAB modeli 4K HDR özəlliyiniə sahibdir. Bu isə bu modeli digərlərindən fərqləndirən əsas özəlliklərdən biridir. 43 düymə malikdir bu monitor. MVA ekran paneli istifadə edilmişdir. Bu panel dünyada ilk dəfə DisplayHDR 1000 standartını və DCI-P3 rəng aralığını dəstəkləyir. Monitorda 10 bit rəng dəstəyi var və DCI-P3 rəng aralığının 97.6%-ni bizlərə təqdim edə bilər. Təzələmə sürəti isə 60 Hz-dir. Əsas özəlliklərindən biridə Adaptive Sync-ı dəstəkləməsidir.

Monitorda olan giriş portları aşağıdakılardır:

HDMİ 2.0, DisplayPort 1.2, USB TYPE-C. Monitorda Ambiglow özəlliyi də var ki, bu özəlliklə qaranlıq səhnələrdə daha yaxşı oyun və kino atmosferi bizlərə göstərə bilir. Monitorun qiyməti hələlik məlum deyil.