OnePlus 6 çox iddialı görünür

Haqqında çox danışılan barmaq izi skanerinin ekran altda olması məsələsi OnePlus şirkətinə təsirsiz ötüşmədi. OnePlus 5T modelindən sonrakı modelində ekran altı skanerdən istifadə ediləcəyi barədə məlumatlar yayılıb.


OnePlus 6

Snapdragon 845 prosessorundan güc alacaq cihazda OnePlus 5T bənzəri 18: 9 ekran istifadə ediləcək. Ancaq barmaq izi oxuyucusu, bu dəfə ekranın altına yerləşdiriləcək. Qualcomm'dan Samsunga qədər bir çox firmanın həvəslə gözlədiyi və üzərində işlər gördüyü ekran üzərindən barmaq izi oxuma texnologiyası bildiyimizdən daha yaxın zamanda nümaiş etdirilcək. “Ekran Altı Barmaq İzi” oxuyucusuna sahib olacaq ilk telefonun yanvar ayında təşkil ediləcək CES 2018-ci ildə nümaiş etdiriləcəyi gözlənilir. 2018-ci ilin ilk rübündə istifadəsinə başlanması gözlənilən texnologiyanı ilk istifadə edənlərdən biri də OnePlus 6 olacağı düşünülür.

Bundan əlavə deyə bilərik ki, OnePlus 5T hazırda çox sürətli işləyən bir üz tanıma texnologiyasını istifadə edir. Ancaq növbəti modelində təchizat tərəfindən çox daha iddialı və etibarlı bir üz tanıma texnologiyasına sahib olacağı düşünülür. Gələn məlumatlara əsasən OnePlus 6-da iPhone X bənzəri dərinlik ölçmək üçün infraqırmızı işıq vasitəsi ilə istifadə ediləcəyi bir 3D kamera modulu yerləşdiriləcəyi haqqında fikirlər var.

OnePlus 5T modelində çərçivələrin incəldilməsi nəticəsində arxa tərəfə yerləşdirilən barmaq izinin yeri, Gizmochina'ya görə yenə dəyişəcək. Ekranda yerləşdirilən Synaptics ClearID FS9500 barmaq izi skanerini istifadə edəcək model yeni bir inqilabın qabaqcıl quruluşu olacağını ifadə etmişdir. Çünki qarşıdakı  aylarda tanıdılması gözlənilən Galaxy S9 modeli ortaya çıxan sızıntılara görə hər nə qədər təchizat tərəfdən bənzər olsa da, barmaq izi skaneri, eynilə əvvəlki modellərində olduğu kimi arxa tərəfə olacaq.

OnePlus 6 qlobal bazarda bu barmaq izi skanerindən istifadə edə biləcək ilk markalardan olduğu iddia edilir. Əgər bu doğru olsa, istifadə baxımından böyük rahatlıq təmin edəcək və şirkət böyük bir müvəffəqiyyət əldə edəcək.

Synaptics bu barmaq izi skanerini  Clear ID adıyla çıxardı. Clear ID sistemi normal barmaq izi skaneri kimi sürətli və etibarlı işləyir. Hətta bu sistemin Apple'ın Face ID'si -dən iki dəfə sürətli olduğu iddia edilir. Synaptics'in inkişaf etdirdiyi yeni texnologiyanı istifadə edən ilk telefon Vivo olacaq. Vivo-nun telefonunda Moorhead-in paylaşımına görə 7 mm qalınlığında olan ekranda quraşdırılmış barmaq izi sensorunun OLED ekranının altındakı yerə yerləşdirildiyi öyrənildi.