OPPO A5 təqdim edildi!

Texnologiya həvəskarlının maraqla gözlədiyi Oppo A5 smartfonu rəsmi olaraq təqdim edildi!

Oppo şirkəti uzun müddətdi haqqında sızıntılar yayılan Oppo A5 smartfonunu rəsmi olaraq təqdim edib. 2.5D əyimli şüşəyə sahib olan smartfon 18:9 en-uzunluq nisbətli və 6,2 düym böyüklüyündə HD FullView ekran ilə birlikdə gəlir. Gücünü 1.8GHz sürət ilə işləyən Qualcomm-un Snapdragon 450 prosessorundan alan smartfonun qrafik əməliyyatçısı isə Adreno 506-dır.

Oppo A5 smartfonunun texniki göstəriciləri:

- Yaddaş:

Daxili yaddaş - 64GB (256GB micrSD dəstəyi)

- Kamera:

Arxa kamera - 13MP + 2MP (f/2.2)

Ön kamera - 8MP

- Əməliyyat Sistemi:

Android Oreo 8.1 üzərində qurulmuş ColorOS 5.1

- Batareya:

4230 mAh tutumlu çıxarılmayan batareya

- Rənglər:

Cihaz 2 rəng seçimi ilə satışa çıxacaq: Mavi və Çəhrayı

- Qiymət:

13 iyulda satışa çıxması gözlənilən Oppo A5 smartfonunun qiyməti 226 dollar olacaq.