Nvidia Gamescom 2018-də yeni ekran kartını təqdim edə bilər.

Nvidia ekran kartı bazarında hələ ki üstünlüyünü davam etdirir.

Sizlərə Nvidia-nın yaxın zamanlarda yeni ekran kartlarını təqdim edəcəyini qeyd etmişdik. Yayılan məlumatlar görə Nvidia şirkəti yeni ekran kartlarını Gamescom 2018-də təqdim edilə bilər. Hətta şirkət artıq bəzi jurnalistlərə və qurumlara bu tədbirlə bağlı dəvətnamə göndərib. Düzdü təqdimatın dəqiq vaxtı bilinmir, amma 21-25 avqust arasında olacağı dəqiqdir. Təqdim ediləcək məhsulun GTX 1180 olması gözlənilir. Hətta GTX 11-ci seriya ilə bağlı ekran kartları haqqında məlumatlar bir müddət əvvəl  internetdə yayılmışdı . Vietnamda olan bir online mağaza GTX 1180-ı list olaraq öz saytında yerləşdirmişdi, amma qiyməti və nə vaxt satışa təqdim ediləcəyi barədə məlumat listdə yox idi.

GTX 1180-in texniki xüsusiyyətləri:Bu məlumat Tecnopat saytından götürülmüşdür.

  • GPU: GT104, Turing
  • CUDA Core: 3.584 tane
  • Yaddaş: 16 GB GDDR6
  • Yaddaş interfeysi: 256 bit
  • Yaddaş sürəti: 14 GHz effektiv
  • Yaddaş bant genişliyi: 409,6 GB/s

Təqribi deyilənlərə görə GTX 1180 modeli 28 sentyabrda satışa təqdim ediləcək. Qiyməti isə 1500-1600 dollar aralığında olacaq.