Nvidia GTX 2080Tİ-nın texniki xüsusiyyətləri internetə sızıb. Nvidia-nın GTX 11 yoxsa GTX 20-ci seriya təqdim edəcəyi hələki sual altındadır.

GTX 2080Tİ ekran kartının texniki xüsusiyyətləri internetdə görülüb. Ekran kartının texniki xüsusiyyətləri Ashes of the Singularity benchmark database-də görülüb. Nagato adlı istifadəçi tərəfindən yerləşdirilən postda aydın şəkildə görülür ki ekran kartı artıq test edilib. Ekran kartı İntel 7-ci nəsil 7700K prosessoru ilə bəzi oyunlarda yoxlanılıb, amma nəticələr o qədər də ürək açan olmayıb. Göstəricilərdən də görünür ki, ekran kartının performansı aşağıdır. Bunun səbəbi kimi ekran kartının driver optimizasyanın olmamasıdır qeyd edilir.

Bu deyilənlərin nə qədər düz olduğu bəlli deyil. Səbəb kimi, GTX 11-ci seriyanın haqqında məlumatların daha çox olması və böyük şirkətlərin GTX 11-ci seriya barədə qısa açıqlamalar verməsini qeyd edə bilərik.