Nvidia CES 2018-də Möhtəşəm Yeniliklərini Təqdim Etdi... Bu Xəbərə Baxmayan Çox Şey İtirəcək.

NVİDİA Gaming bölməsı üçün 2 yenilik təqdim etdi. Bu yeniliklər Gaming həvəskarlarını heyran edəcək.

Bildiyimiz kimi,hər il keçirilən CES sərgisi bu ildə Las-Vegasda baş tutdu.Dünyanın ən böyük texnologiya şirkətləri öz yeniliklərini bizlər üçün təqdim etdi.Gəlin bu yeniliklərlə yaxından tanış olaq.

1)NVİDİA 65 düyümə malik Gaming 4K HDR 120Hz Monitornu təqdim etdi.

2)GeForce Now Beta versiyası ilə diqqətləri öz üzərinə çəkdi.

Gaming 4K HDR 120Hz Monitor

Nvidia ən yaxşı Gaming monitorlar isthesalına addım atdı.Bu xüsusi Gaming monitorun adı qısaca olaraq BFGD adlanır.Acer, Asus və HP ilə əməkdaşlıq edən GPU istehsalçısı olan Nvidia G-Sync texnologiyası və Nvidia Shield funksionallığı ilə 65 düymlük, 4K ,120Hz HDR monitor istehsal edəcək. 120 Hz bir yeniləmənin olması , DCI-P3 rəng gamutu ilə bu ekran 1000 nit parlaqlıqda görüntü  təqdim edə biləcək.Bu monitor əsasən də  Gaming həvəskarlarının ürəyincə olan hadisələrdən oldu.Monitorun qiyməti həlki  açıqlanmayıb.Fikrimizcə qiymətinin yüksək olacağı təxmin edilir və hər kəsin ala biləcəyi bir məhsul olmayacağı şəkildən belə görünür.

GeForce Now Beta

Notebook və ya masaüstü kompüterinizdə mürəkkəb oyunlar oynamaq istəyirsinizmi?Bu suala NVİDİA cavab tapdı.Özlərinin təqdim etdiyi GeForce Now bulud texnologiyası vasitəsi ilə ən güclü oyunları artıq öz  notebook və ya  kompüterinizdə rahatlıqla oynaya bilərsiniz.NVİDİA GeForce Now Beta-nı pulsuz şəkildə təqdim edib.Bununla da  120 FPS dəyərinə malik görüntünü  həmçinin 1080p keyfiyyəti bizlərə təqdim edir. Qrafik parametrlərindən bu kimi xüsusuiyyətləri seçməklə rahtlıqla oyun oynaya bilərsiniz.Bu proqram Beta-dı və hələ tam versiya  təqdim edilməyib.