Nokia X6 modeli gələn həftə təqdim ediləcək.

Nokia X6 3 gündən sonra Çində təqdim ediləcək və bu model haqqında Çin portalarında yeni məlumatlar paylaşılıb. Giriş səviyyəsi olan bu model dizaynı ilə 2017-2018-ci illərdə təqdim edilən telefonlara bənzəyir. Dizayn cəhətdən çox böyük bir dəyişiklik yoxdu. Telefonda Nokia logosu aşağı hissəyə yerləşdirilib. Bu modeldə də çıxıntı mövcuddur.

Sızılan məlumatlara görə X6 modeli 5.8 düymlük 19:9 nisbətində  ekranla (1080x2280) təchiz olunub. Nokia X6 modeli Qualcomm Snapdragon 636 prosessoru ilə təqdim ediləcək. 3300 mAh batareya mövcuddur. 4/6 GB ram və 64/128 GB yaddaş seçimləri olacaq.

USB TYPE-C və 3.5 mm AUX girişi olacaq bu modeldə. Android Oreo 8.1 ilə təqdim ediləcək Deyilən məlumatlara əsasən Nokia  X6 modelinin qiyməti 1599 yuen( 253 dollar) və 1799 yuen( 284 dollar) olacaq.