Nokia 9 performans testlərində rəqiblərini əzdi!

Nokia 9 iPhone 7 Plus da daxil olmaqla bütün rəqiblərini geridə qoyub.


Nokia-nın maraqla gözlənilən yuxarı seqment smartfonu Nokia 9-u bu rübün sonunda və ya 3-cü rübün əvvəllərində təqdim etməsi gözlənilir. Bu gün Nokia 9-un Geekbench nəticələri yayılıb və smartfonun model nörməsi HMD Global TA-1004 kimi qeyd olunub.

İddialara görə Nokia 9 Snapdragon 835, 4 GB RAM və Android 7.1 Nougat kimi özəlliklərə sahib olacaq. Geekbench testində görünən Nokia 9 Geekbench 3-ün tək nüvəli testində 2255 xal toplayıb. Nokia 9 3526 xal ilə ən yaxşı smartfon olan iPhone 7 Plus-dan sonra ikinci sırada qərarlaşsa da, Xiaomi Mi 6, Sony Xperia XZ Premium, Huawei Mate 9, Samsung Galaxy S8+ və Galaxy S8 kimi yuxarı seqment Android modellərdən daha yaxşı nəticə göstərib.



Geekbench 3-də çoxnüvəli testdə 7770 xal toplayan Nokia 9 bu nəticə ilə iPhone 7 Plus da daxil olmaqla bütün rəqiblərini geridə qoyub.