Nokia 3310 satışa çıxır, amma daha yüksək qiymətlə.

Nokia 3310-un satışları gələn həftə Avropada başlayacaq, amma qiymət biraz daha yüksək olacaq.


Fevral ayında Mobil Dünya Konqresində təqdimatı olan yeni Nokia 3310-un elə təqdimat zamanı pərakəndə qiymətinin 49 € olacağı deyilmişdi. Yeni Nokia 3310-un çox da müasir özəlliklərə sahib olmamasına rəğmən bu modelə tələbat böyükdür.

Yeni yayılan məlumatlarda Nokia 3310-a bir çox Avropa bazarının fərqli qiymət qoyduğu deyilir. Bu qiymətlər isə HMD Global-ın konqresdə elan etdiyi qiymətlərdən daha yüksəkdir.

Avstriyada yeni Nokia 3310-un satışları 28 apreldə başlayacaq və 59 €-ya satılacaq. Bəzi satıcılar isə müştəri cəlb etmək məqsədi ilə qiymətdə kiçik endirimlər edərək onu 53 €-ya təklif edəcəklər.



İsveç bazarında isə Nokia 3310-un 3G özəlliyi olan versiyası satışa çıxacaq. Satışlar may ayından daha tez bir müddətdə başlayacaq və 3G özəllikli versiyanın qiyməti 93 € olacaq.

Almaniyada isə Nokia 3310 58 € qiymətlə satılacaq. Burada da satışlar Avstriyadakı kimi 28 apreldən başlayacaq və sadəcə Nokia 3310-un 2G versiyası satılacaq.



Avropa ölkələrinin çoxunun mallara qoyduğu vergi faizlərini də hesaba qatdıqda anlayırıq ki, qiymətlər HMD Global tərəfindən açıqlanan qiymətlərdən daha yüksək olacaq.