NVIDIA Ekran Kartlarının Oyunçulara,Gaming Həvəskarlarına Satılmağını İstəyir, Mining-çilərə Yox.

NVIDIA-dan bütün ekran kartı istehsalçılarına və satış mərkəzlərinə məsləhət.

Bütün Gaming həvəskarları üçün əsas şərtlərdən biri də ekran kartlarıdır. İndiki dövrdə ekran kartlarının inkişaf prosesi çox sürətlə davam edir. Dövrümüzdəki kriptovalyunanın sürətli inkişafı ekran kartlarına olan marağı daha artırıb. Kriptovalyuta sahəsində baş verən dəyişikliklər və inkişaf ekran kartlarından istifadənin çox olmasına səbəb olur. Bu da ekran kartlarının bazarlarda kütləvi satışına səbəb olur. Kütləvi şəkildə satılması ekran kartlarının qiymətinin süni şəkildə artmasına və ekran kartlarının tapılmasında çətinlik yaradır. Bu da Gaming həvəskarlarının narazıçlığına səbəb olur. Bu sahədə NVIDIA ekran kartı istehsal edən şirkətərə həmin ekran kartlarını real oyunçulara satmağı təklif edir. NVIDIA öz açıqlamasında belə demişdir.

Oyunçular bizim üçün ilk pillədə gəlir. GeForce ailəsi üçün etdiyimiz bütün yeniliklər əsas müştəri bazasını hədəfləyir. Biz təklif edirik ki, GeForce ailəsininin məhsullarını satan tərəfdaşlarımız kartları Gaming həvəskarlarına, yəni oyunçulara satılmasına diqqət yetirməli və anbarlarda məhsulların asan tapılmasına şərait yaratmalıdırlar.

Dediyimiz kimi Kriptovalyuta sahəsində istifadə edilən ekran kartları əsasən MİNİNG üçün istifadə edilir. Bununla da müxtəlif cür coin-lər əldə olunur. Bu kriptovalyuta sahəsindəki coin-lərin qiymətlərinin artması bu sahəyə xüsusi marağa səbəb olur.