NASA-nın "zaman maşını" testlərə başlayır


NASA-nın ulduzların minlərlə il keçmişdəki vəziyyətini müşahidə edə biləcək James Webb Kosmos Teleskopu sona doğru əmin addımlarla irəliləyir. Ulduzlardan yayılan işıq işıq sürətiylə irəliləyir. Buna görə ulduzlara baxarkən əslində keçmişə baxırıq. Buna görə elm dünyasında "zaman maşını" olaraq da adlandırılan teleskopun istehsalı tamamlandı. Teleskoplar ulduzların milyonlarla il əvvəlki halını araşdıra bilir .


8.8 milyard dollara başa gələn James Webb Teleskopu sahib olduğu texnologiya sayəsində kainatın təxminən 13,8 milyard il əvvəl meydana gəlməsinə səbəb olan Big Bangdan (Böyük Partlayış) -ın 200 milyon il sonrakı halını araşdıra biləcək.


James Webb Teleskopu 2018-ci ildə Huble-ın yerini alacaq. Huble ilə müqayisədə kosmosu daha ətraflı bir şəkildə araşdıra biləcək James Webb-in dünya xarici həyatın kəşfində də təsirli olması gözlənilir. Qalaktikamızda dünyaya bənzər 200 milyard planet olduğuna diqqət çəkən elm insanları kifayət qədər təcrübəyə və texnologiyaya sahib olduqlarını və James Webb Teleskopu sayəsində yaxın zamanda yeni kəşflər ediləcəyini bildirdilər. 1990-ci ildə Discovery kosmos aparatı ilə orbitə daşınan Habl Kosmos teleskopuna nisbətən 3 qat böyük lupalara sahib olan teleskop Hubble vasitəsilə əldə edilən məlumatların də 100 qat artığını əldə edəcək. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .