Modem və router alan zaman fikir verməli olduğumuz 5 əsas xüsusiyyət

Modem və router alan zaman fikir verməli olduğumuz 5 əsas xüsusiyyəti sizlərə təqdim edirik .

Bilirik ki, indiki dörvdə hər kəsin evində wifi modemləri var.İnternet gündəlik həyatımızın bir parçasına çevrilib.Hətta internetimiz olmayanda özümüzü həyatımızda nəyinsə olmadığı kimi hiss edirik.Uşaqdan tutmuş böyüyə kimi hər kəs modemin hansı iş prinspini həyata keçirdiyini bilir.Gəlin bu mövzuya yaxından baxaq.

Modem-informasiyanı kompüterdən adi telefon xətti ilə ötürməyə imkan verən rabitə qurğusudur.Yəni biz bu qurğunun vasitəsi ilə naqilsiz internetə bağlana bilirik.İstənilən qədərdə cihaz bağlaya bilərik.Amma Modem-in bir çox növləri var və biz modem alan zaman nələrə fikir verməliyik.

Əsas 5 xüsusiyyətə diqqət yetirməliyik.

1)VDSL.

2)AC dəstəkli olmalıdır.

3)Ağıllı siqnal texnologiyası.

4)Telefonlardan qurğunun idarə edilməsi.

5)İkili kanal dəstəyi

1)VDSL nədir?- Modem və ya Router alan zaman ADSL dəstəyi olsa da VDSL dəstəyi olan bir model seçməlidir. Bu gələcəkdə VDSL-dən istifadə edildikdə  modem / routerdan da  istifadə etməyə imkan verəcək. Yəni yeni məhsul almağa ehtiyac olmayacaq.VDSL və ADSL dəstəyi ilə bazarda bir çox model var.VDSL dən böyük şəhərlərdə və  Fiber İnternet olan yerlərdə istifadə edilir amma adi halda da işləyir. ADSL+VDSL olan modem və router alın.

2)AC dəstəkli nədir?- Yeni şəbəkə standartları 802.11ac-dır . İstifadəçilər həmişə simsiz(naqilsiz) şəbəkə məhsullarının bütün növləri üçün AC standartını seçməlidirlər (modem, powerline adapter, router, IP kamera və s.). Evinizdə mövcud modem / router AC dəstəkli olsa daha yaxşı olar.Çünki ən son təkmilləşdirilmiş versiyadır. AC dəstəkli məhsullar 802.11n / g / b-ni  dəstəklədiyi üçün problem olmayacaq.

3)Ağıllı antena nədir?- Mobil cihazların sayının və evdə ağıllı məhsulların sayının artması səbəbiylə evdə WiFi siqnalları tələb olunur. Yeni modem / router-lər evdə smartfon və ya tablet ilə video söhbət kimi bir proqramı həyata keçirərkən hərəkət edəriksə,otaqdan-otağa keçərkən donma olmaması üçün beamforming, başqa sözlə ağıllı anten  texnologiyası ilə təchiz olunmalıdır. Bu texnologiya şəbəkəyə qoşulmaq istəyən cihazın yerinə görə siqnalları  o tərəfə yönləndirməsidir.

4)Telefondan qurğunun idarə edilməsi nədir?- Şəbəkə qurğularının quraşdırılması və idarə olunması asan olmalıdır. İndi smartfonlardan biz hər şeyi asanlıqla həyata keçirmək üçün istifadə edirik. Ağıllı avadanlıqlar, planşet,kompüterlər vasitəsi ilə asanlıqla bu kimi qurğuların şəbəkə xüsusiyyətlərini həll etməyi bacarmalıyıq.Hətta bu qurğuların özlərinə məxsus proqramları da olmalıdır ki,biz bunlardan rahat şəkildə istifadə edək.Şəxsi idarəetmə, şəbəkəyə bağlı olan cihazlar, qonaq cihaz və s. kimi tətbiqlər etmək üçün kompüterə və  onun interfeysinə qoşulmağımız lazım deyil.Bütün bunları proqramla həll etmək mümkün olur.

5) İkili kanal dəstəyi nədir?-Bu gün bir çox texnologiyalar simsiz(naqilsiz) şəbəkə məhsulları ikili kanal dəstəyinə malikdir. Bu xüsusiyyət WiFi performansına əhəmiyyətli dərəcədə təsir edən bir faktordur. Həm 2.4 GHz, həm də 5 GHz kanal dəstəyi sayəsində şəbəkə tapşırıqları müvafiq(yəni uyğun) kanala yönəldilir və şəbəkə trafiki rahatlaşdırılır. Buna görə simsiz(naqilsiz) şəbəkə məhsulları üçün ikili kanal dəstəyi vacib şərtlərdən biridir.