Microsoft-un yeni tətbiqi - Microsoft To-Do

Microsoft-un yeni tətbiqi To-Do iOS, Android və Windows platformaları üçün tədqim edildi. Tətbiqi xəbərdəki linkdən yükləyə bilərsiniz.


Microsoft To-Do bu gün App Store, Google Play StoreWindows Store-da öz yerini aldı. Olduqca rahat interfeysə sahib olan Microsoft To-Do ağıllı məsləhət özəlliyi ilə ön plana çıxır. Ağıllı məsləhət özəlliyi ilə hər gün edilməli olan işləri tətbiq avtomatik olaraq sizə məsləhət görür.

PC və mobil cihazlar arasında əlaqəli şəkildə işləyən Microsoft To-Do ilə günlük, həftəlik və ya illik olaraq işarələnməli olan görüləcək işləriniz varsa, hər birini xatırlamaq üçün yenilənən son tarixlər seçə bilərsiniz.




Əlavə olaraq hər işinizə - adreslərdən oxumaq istədiyiniz kitablara və ya ən sevdiyiniz restoranın web saytına qədər bütün detalları əlavə edə və To-Do-nu bir qeyd dəftəri tətbiqi kimi istifadə edə bilərsiniz.

Sonda qeyd edək ki, Microsoft To-Do-nu heç bir ödəniş etmədən yükləyə bilərsiniz və onu istifadə etmək üçün Microsoft hesabınızın olması mütləqdir. Tətbiqi aşağıdakı keçiddən yükləyə bilərsiniz.

Microsoft To-Do yükləmə keçidi