Microsoft ilk dəfə olaraq öz IoT məhsulu üçün Linux-dan istifadə edəcək. [VIDEO]

Təhlükəsizlik texnologiyasının lazımi səviyyədə olmadığını düşünən Microsoft ilk dəfə daxilində Linux nüvəsi olan bir texnologiyasını təqdim etdi.

Yarandığı gündən bu yana Microsoft bütün məhsullarında Windows-u istifadə etməyi üstün tutmuşdu. Kompüterlər üçün bu sistem yaxşı olsa da, telefonlar üçün eyni sözləri demək çətindir. İndi isə şirkət özünü “Əşyaların İnterneti”ndə və ya ingiliscə adı ilə IoT-da sınamaq istəyir. İndi isə Microsoft kiçik və az gücə malik cihazlarda Windows-dan istifadə etmək əvəzinə özünün Linux nüvələri ilə işləyən Azure Sphere əməliyyat sistemli mikrokontrollerindən (MCU) istifadə edəcək.

Əşyaların İnterneti nədir?

“Əşyaların İnterneti” sensorlarla və birlikdə işləmək üçün internetlə təmin olunmuş, bizim nə etdiyimizi bilən və avtomatik çalışıb bizim həyatımızı asanlaşdıran gündəlik cihazların nəhəng sistemidir. Çox sadə dildə desək, “Əşyaların İnterneti” real həyatın aspektlərini (temperatur, işıq, təzyiq, insanların və ya əşyaların varlığı yaxud yoxluğu və s.) hiss edə bilən və bu real həyat məlumatlarını emal edib buna görə hərəkət edə bilən cihazlar deməkdir. (© BANM)

Həm pulsuz, həm də açıq kodlu sistem təqdim edən Linux əməliyyat sistemləri uzun müddət Microsoft-un Windows əməliyyat sistemlərinin  proqramlaşdırma sahəsindəki hegemonluğunu ən çox təhdid edən sistem olmuşdu. İndi isə Microsoft rəqib şirkətin nüvələrindən özünün yeni yaratdığı əməliyyat sistemində istifadə edəcək. İndi isə Microsoft-un yaratdığı yeni məhsulun nə olduğuna nəzər salaq.

IoT cihazları inkişaf etməkdə davam edərkən, onları təhlükəsizlikdə saxlamaq bir sıra narahatlıqlar doğrurur. Artıq bir çox nümunələr var ki, inteqrasiya edilmiş təhlükəsizlik xüsusiyyətlərinə malik olmayan ağıllı ev cihazlarını hədəf alan bir neçə malware viruslarının yayılması halları baş vermişdir. Bu hücumlar IoT cihazlarını DoS hücumlarına və Bitcoin yaratmaq prosesinə cəlb etməklə cihazları bir növ açıq hədəf  vəziyyətinə salırdı.

Microsoft-un Azure Sphere sistemli yeni mikrokontrolleri ağıllı cihazlara, oyuncaqlara və ya digər cihazların mikroprosessorları üçün yeni və daha güclü bir təhlükəsizlik sistemi vəd edir.

Mövzu haqqında açıqlama verən Microsoft-un hazırki prezidenti və baş hüquq məmuru Brad Smith Azure Sphere əməliyyat sistemli bu MCU-larda təchizat, proqramlaşdırma və bulud texnologiyasından istifadə olunacağını bildirib.

Brad Smith, RSA Təhlükəsizlik Konfransı 2018-dəki çıxışından

Brad Smith Azure Sphere-in İoT (Əşyaların İnterneti) cihazları üçün ən yaxşı seçim olacağına ümid etdiklərini deyərək, bu il 9 milyard sifarişin gələcəyini də proqnozlaşdırdıqlarını qeyd edib.