Microsoft, bu problemlərin həlli üçün 250000$ mükafat təklif edir!

Bildiyimiz kimi, İntel-in bütün prosessorlarında SpectreMeltdown virusları ilə rahatlıqla istənilən kompyuterin daxilində olan bütün məlumatları əldə etmək olar. Amma bu məlumatları götürmək o qədər də asan deyil. Bu prosesləri ancaq Professional Developerlər edə bilər ki, onlar asanlıqla bu açıqlardan özlərinə uyğun şəkildə istifadə edə bilər. İntel, qarşılaşdığı bu problemi tezliklə həll etmək üçün yeniləmələr təqdim etdi. Amma bu viruslar prosessorun daxilində yerləşir, yəni fiziki cəhətdən prosessorun daxilindədir. Ona görə də, nə qədər yeniləmə təqdim edilsədə, kompyuterin təhlükəsizliyinin qorunması şübhə altındadır.

Microsoft, Spectre və Metdown kimi virusların tapılmasına kömək edənlərə və bu viruslar kimi oxşar virusların tapılmasına 250000$-a qədər pul təklif edəcək. Bu mükafat tapılacaq olan bütün problemlərin həll edilməsinə və bu kimi problemlərin yeni nəsil prosessorlarda olmamasına çalışacaq və tapan şəxslərə təqdim ediləcək. Microsoft, bununla da istifadəçilərə təhlükəsiz şəkildə xidmət göstərməyi nəzərdə tutur. Bundan əlavə Microsoft, Windows 10-dakı Hyper-V problemlərinin aradan qalxmasına görədə 250000$ mükafat təklif edir.

İntel bu kimi virsulardan tam qorunmaq üçün prosessorlar üstündə, yeni dizayn və daxili dəyişiklik üçün işləyirlər. İntel-in Xeon prosessorları (Cascada Lake) 2018-ci ilin 2-ci yarısından yenidən təchiz edilmiş şəkildə satışa çıxarılması üçün işləyirlər. Bu prosessorların, bu viruslardan tam qorunması üçün cox ciddi şəkildə proseslər həyata keçirilir ki, bu da istifadəçilərə tam təhlükəsiz şəkildə istifadə təcrübəsini təqdim etməyə çalışdıqlarının sübutudur.