Microsoft, Xbox One X və Xbox One S-ə FreeSync Özəlliyini Yaxın Zamanda Təqdim Edəcək.

Məhşur Gamer-lərin istifadə etdiyi monitorlarda olan FreeSync özəlliyini Xbox One X və Xbox One S-lər də dəstəkləyəcək

Microsoft tezliklə Xbox One X və Xbox One S konsol modellərinə AMD-nin FreeSync özəlliyini təqdim edəcək. Xbox One X və Xbox One S konsolları 1440p görüntü keyfiyyətini dəstəkləyir, amma yaz aylarında təqdim ediləcək proqram yeniləməsi ilə FreeSync özəlliyi ilə konsollar optimizasiya olacaq və yaxşı görüntü keyfiyyəti oyunlardan maksimum həzz almağa şərait yaradacaq.

Nvidia G-sync ilə oxşar olan FreeSync özəlliyi, oyunlarda ekran təzələmə özəlliyini bizlərə təqdim edir. Yeni G-Sync və ya FreeSync özəlliyi olan monitorlarda, oyun zamanı tutulma və gecikmə 0-a bərabər olur ki, bu da gamer-lər üçün çox böyük önəm daşıyır. Microsoft-un Xbox One X və Xbox One S-ə təqdim edəcəyi bu özəlliyi FreeSync və 1440p dəstəkləyən monitoru olan şəxslər istifadə edə biləcək.

Bundan əlavə Micrososft, TV-lərdə də bu aşağı gecikmə özəlliyindən istifadə etmək niyyətindədir. Bu özəlliyə malik olacaq televizorlarda da bu özəllikdən istifadə edilə biləcəyini və bunun üzərində işlədiklərini söyləyib. Səbəb kimi isə yaxın zamanda bu kimi özəllikləri dəstəkləyən televizorların satışa çıxması göstərilib.