Microsoft Office 2019 yalnız Windows 10-da dəstəklənəcək.

Windows Office proqramlarından istifadə edənlərin diqqətinə!

  Microsoft Office 2019 haqqında bir xəbər  paylaşdı.Xəbərə görə , Office proqramları  yalnız Windows 10-da işləyəcək. Windows və Office-in  xidmət və dəstəyi üçün hazırlanmış məqalədə  Microsoft, Office-in ən son versiyasını Office 365 xidmətinə abunə olmadan istifadə etmək üçün Windows 10-dan istifadə edilməsinin tələb olunmasını açıqladı. 
Bununlada  pulsuz Office 2019 proqramı Windows 7 və ya Windows 8.1 sistemində işləməyəcək, yalnız Windows 10-da dəstəklənəcəkdir. Bunun  Office Mac paketinə təsi olmayacağı açıqlandı. 2018-ci ilin ikinci yarısında yayımlanacaq Office 2019-da  Word, Excel, PowerPoint və Outlook proqramlarını  təqdim edəcək. Bundan əlavə, Exchange, SharePoint və Skype üçün server versiyaları da yer alacaq ..Microsoft 2018-ci ilin ortalarında Office 2019 preview versiyalarının surətlərini buraxmağı planlaşdırır. Proqram, əsasən, bulud əsaslı Office 365 versiyalarını istifadə etməyən təşkilatlar üçün nəzərdə tutulmuşdur.Məlumatlara görə, Microsoft Windows 10-un xüsusi versiyalarını  işlədən  müştərilər üçün  Windows 10 dəstəyini  uzadacaq. Windows 10-un 1511, 1607, 1703 və 1709 versiyaları təşkilatların və  müxtəlif qurumların Windows 10-un ən yeni versiyasına keçmək üçün  altı ay müddətində dəstəklənəcəkdir.