Mi Band 3 Explorer edition təqdim edilə bilər.

Xiaomi yeni Mi Band 3 Explorer edition təqdim edə bilər. Belə ki, internetde yayılan şəkillərə görə Mi Band 3 yeni şəffaf qolbağa sahibdir( Şəkillər Mijia tərəfindən yüklənib).Qeyd edək ki, şirkət Mi Band 3-ü may ayının 31-i təqdim etmişdi və bir müddət sonra isə bazara çıxarmışdı. Şirkət Mi Band 3-ün NFC dəstəkli olan versiyasınıda sentyabr ayında bazara çıxaracağını təsdiqləyib. Amma şəkildəki cihazın Mi Band 3 Explorer edition olduğu hələlik dəqiq deyil. Çünki dizayn baxımından normal Mi Band 3-ə bənzəyir. Texniki xüsusiyyətləri barədə heç bir məlumat da internetdə yoxdu. Bir sızıntı məlumat var ki, Mi Band 3-ün yeni bir versiyası Huami texnologiya şirkəti tərəfindən xüsusi istehsalı başlayıb və cihazın stok kodu 1810 olaraq qeyd edilib. Mi Band 3-ün qolbağında Çin hərfləri ilə yazılmış mətn də olduğu qeyd edilir.