Mi A2 modeli iyul ayının 24-ü Madriddə təqdim ediləcək.

Hərkəsin maraqla gözlədiyi smartphone-lardan  olan Xiaomi Mi A2 modeli iyul ayının 24-ü rəsmi olaraq İspaniyanın Madrid şəhərində təqdim ediləcək. Texniki xüsusiyyətlər baxımından daha da təkmilləşdirilən bu model Mi A1 modelindən daha performanslı və daha sürətli olacaq. Ölkəmizdə də böyük istifadəçi tərəfindən seçilən Mi A1 modelinin yeni versiyası da ən çox satılan modellərdən olacağı indidən görsənir. Snapdragon 660 prosessoru, 5.99 düym Full HD+ ekran, 4/6 GB ram və 64/128 GB yaddaş seçimləri ilə bizlərə təqdim ediləcək. Quick Charge 3.0 dəstəkliyəcək və 3010 mAh batareya həcminə malik olacaq. Həmçinin cihazda 3.5 mm qulaqcıq girişidə mövcud olacağı deyilir. Smartphone Android ( Oreo ) 8.1 ilə bazara çıxarılacaq. Mi A2 modelinin en aşağı versiyası üçün qiymət 290 dollar, ən yuxarı səviyyəsi üçün isə 370 dollar olacağı deyilir.