Məşhur dizayner Torsten Valeur LG G6 haqqında ağız dolusu danışdı!



Məşhur dizayner Torsten Valeur LG-nin G6 modelini ağız dolusu tərifləyib. Valeur LG G6-nı "estetika və zəkanın ideal birləşməsi" adlandırıb. O, əminliklə bildirib ki, bu telefon istifadəçilərinə çox rahat idarə hissiyatı verəcəkdir. LG şirkətinin G3-dən bəri keçdiyi yeni xəttlər və dizayn əksər mobil telefon istifadəçisi tərəfindən bəyənilir.




Valeurun fikrincə: "Mənasız və əlavə diqqət çəkici nəsə yoxdur. LG G6 sahibləri cihazı işlətməkdən zövq alacaqlar".

Bu qədər tərif edilən LG G6 satışlarda da öz sözünü deyə biləcəkmi? Bunu zaman göstərəcək.