Meizu-dan super sürətli şarj doldurma texnologiyası!

28 Fevralda Barselonada reallaşacaq konfransda Meizu çox fərqli bir texnologiyayla sərgidə çıxış etmək istəyir.

"Faster Than Ever" yəni "indiyə qədər ən sürətlisi" şüarıyla Meizu son gələn söz-söhbətlərə görə sürətli şarj mövzusunda inqilab yaradacaq. mCharge 4.0 texnologiyasını tanıtması gözlənilən Meizu göndərdiyi dəvətnamədə şimşək işarəsindən istifadə etməsi, şirkətin konfransa iddialı gələcəyini düşündürür.

Bu yeni texnologiya sayəsində çox daha yaxşılaşacaq olan şarj müddətləri ilə qarşılaşacağıq. Söz-söhbətlərə görə batareyası tamamilə boşalmış bir cihaz yalnız 45 dəqiqə içərisində tamamilə şarj olacaq. Yeni mCharge 4.0 texnologiyasının 9V / 4A (36W) şarj modulu ilə çalışması gözlənilir. 12 Volt səviyyəsindən 9 Volt səviyyəsinə salınan gərginlik ilə amma daha yüksək axın ilə şarj təmin ediləcək. Qısacası cihazlar daha sürətli şarj ediləcək amma daha az qızacaq.