Məhkəmə yenidən qərar dəyişdirdi: Samsung Apple-a 120 Milyon Dollar təzminat ödəyəcək!



Mobil cihaz sektorunda iki nəhəng firma arasındakı patent iddiasında verilən qərar yenidən dəyişdi. Bir neçə ildir ki, Apple ilə Samsung arasında davam edən çəkişmələr artıq sona çatmışdır . İlk olaraq 2011-ci ildə Apple Samsungun bazara çıxardığı Galaxy S modelində on fərqli Apple patentinin istifadə edildiyini iddia edərək təzminat iddiası qaldırmışdı. Əvvəlcə illərdir davam edən bu iddiada verilən əhəmiyyətli qərarlara toxunaq: -İlk Olaraq Apple Samsunga qarşı iddia irəli sürəndə tələb olunan məbləğ 548 milyon dollar idi. Hətta Samsungun bu rəqəmi ödəməyi qəbul etdiyi deyilmişdi. -Məhkəməni qazanan Apple-ın aralarında Galaxy Note, Galaxy Note II, Galaxy S II və Galaxy S III kimi modellərin olduğu Samsung telefonlarının istehsalının dayandırılacağı razılaşdırılmışdı . -Daha Sonra Samsung ödədiyi 548 milyon dolların 399 milyonunu Apple-dan geri almaq üçün təkrar məhkəməyə müraciət etmişdi. -Bütün Bu iddialardan sonra yenə Apple patent pozuntusu səbəbi ilə bu dəfə 120 milyon dollarlıq bir iddia açmışdı. -Dava Federal məhkəmə tərəfindən araşdırılmış və Samsungun patentlerle əlaqəli bir pozuntu etmədiyi müəyyən edilmişdi . Bəli , iki şirkət arasında son 4-5 illik müddətdə yaşanan hüquqi əməliyyatlar arasında önə çıxan başlıqlar bu şəkildə idi. Bu xəbərimizə mövzu olan iddia isə yuxarıda saydığımız hadisələrin son iki dənəsinin davamından bəhs edir .


Apple-ın Samsung-a qarşı Galaxy S modelində icazəsiz istifadə edilən 10 patentlə əlaqədar 120 milyon dollarlıq təzminat istəyi qəbul edilmiş, lakin Apple-ın bu şikayətini araşdıran Washington Federal Apelyasiya Məhkəməsi hər hansı bir patent pozuntusu olmadığı qərarına gəlib çıxmışdı. Hətta məhkəmə Apple-ın Samsung-un bəzi patentlərini izinsiz istifadə etdiyini və mövzunun araşdırılacağını açıqlamışdı. Bu dəfə təzminat istəyən tərəf mövqeyinə Samsung keçdi. Qazanan Apple oldu ! Amerikan federal məhkəməsinin verdiyi qərar ilə Samsung Galaxy S-də icazəsiz şəkildə istifadə etdiyi bəzi patentlər səbəbi ilə Apple-a 119.6 milyon dollar təzminat ödəyəcək. Fevral ayında Samsung-un lehinə çıxan qərarı təkrar araşdıran Amerika məhkəməsinin qərarı bu an üçün bu iddiada verilmiş son qərardır . Yəni Samsung Apple patent pozuntusu səbəbindən 120 milyon dollar təzminat ödəyəcək . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .