McDonald`s sıra gözləmədən sifariş vermək üçün Mobil Ödəmə Sisteminə keçəcək!

McDonald`s restoranlarında müştərilər kassada sifariş sırası gözləmədən smartfonları ilə sifariş verə və ödəniş edə biləcək! Daha əvvəl qida sahəsində xüsusilə self xidmət məntiqiylə çalışan restoranların kassalardaki sifariş sıxlığını azaltmaq üçün mobil ödəmə sisteminə keçməyə başladığı xəbərləri yayılmışdı. İndi də dünyanın ən məşhur fast-food zəncirlərindən olan Mc Donald`s mobil ödəmə sisteminə keçməyə hazırlaşır. Yeni mobil ödəmə sistemi ilə birlikdə Mc Donald`s restoranlarına gedən müştərilər masalarına oturaraq sifarişlərini smartfonlarından verəcək, ödənişi telefonlarından edəcək və sifarişləri hazır olduğunda kassaya gedərək sifarişlərini alacaq. Bu üsulun restoranların kassasında yaşanan sıxlığı azaltmasıyla bərabər həm sifariş müddətinin sürətlənməsi, həm də sifarişlərin daha ətraflı verilməsi mövzusunda da müştərilərə köməkçi olacağı gözlənilir. Deyilənə görə bu üsul ilk olaraq Amerika Birləşmiş Ştatlarında test ediləcək , önümüzdəki il Avstraliya, Kanada, Fransa və İngiltərə kimi ölkələrdə tətbiq olunacaq. 2018-ci ildən etibarən isə 25.000 Mc Donald`s restoranının bu tətbiqə keçəcəyi söylənilir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .