Lumia Telefonu rəsmən öldü !

Microsoftun ABŞ-dakı mağazası artıq bir dənə belə Windows əməliyyat sistemli telefon satmır.
Microsoftun ABŞ-dakı mağazası artıq bir dənə belə Windows əməliyyat sistemli telefon satmır. Microsoftun İngiltərə mağazasındakı bütün Windows 10 Mobile cihazlarının tükəndiyini keçən ay öyrənmişdik. İndi isə ABŞ mağazasında bütün lumia modellərinin tükəndiyi ortaya çıxdı. ABŞ-da Microsoft Store-da Windows Phone 8.1 və ya Windows 10 Mobile ilə işləyən heç bir telefonun artıq satılmaması Lumia-nın istehsalının sona çatdığının göstəricisi ola bilər . Belə bir halın yaşanacağına dair ilk informasiya Fevral ayında satışa təqdim edilən Lumia 650 ilə verilmişdi . Bu telefonun Microsoftun son Lumia telefonu olacağı deyilmişdi. Microsoft avqust ayında ABŞ web səhifəsində Windows-lu telefonlarla əlaqədar bütün linkləri sildi və "Windows Phone" düyməsini bir alt kateqoriyaya yerləşdirdi . Microsoftun mobil sahədə növbəti addımının nə olacağı maraqla gözlənilir. Haqqında çox danışılan "Surface Phone"-un Windows 10-un tam versiyası ilə gələ biləcəyi deyilir. Ancaq bu telefonların 2017-ci ilin sonuna qədər gəlməsi gözlənilmir.