LG G6-nı G5 ilə qarşılaşdırdıq!

LG G6-da 15-dən çox yenilik var!
LG bu günlərdə "yuxarı səviyyə" telefonu G6 modelini təqdim etdi. G6 modeli G5-dən nə ilə fərqlənir və yeni gələn özəlliklər nədir daha yaxından tanış olaq:

Sizlərə müvafiq olaraq G5 / G6 müqayisəsini təqdim edirik.

1. Ekran ölçüləri: 5,3 inç / 5,7 inç
2. Ekran keyfiyyəti: 1440X2560 (554 ppi) / 1440X2880 (564 ppi)
3. Çərçivə nisbəti: 16:9 / 18:9
4. Cihazın ölçüləri: 149.4 x 73.9 x 7.7mm / 148.9 x 71.9 x 7.9mm
5. Prosessor: Qualcomm Snapdragon 820 / Qualcomm Snapdragon 821
6. Əməli yaddaş (RAM): 4 GB / 4 GB
7. Daxili yaddaş: 32 GB / 32 GB (hər iki modeldə də micro sd dəstəyi var)
8. Arxa kamera: 16 MP və 8MP / 2 ədəd 13 MP
9. Ön kamera: 8 MP / 5 MP (daha geniş bucaq)
10. Batareya: 2800mAh / 3300mAh
11. Şarj olma: Quick Charge 3.0 / Quick Charge 3.0
12. İP sertifikatı: Yoxdur / İP 68
13. Rəng seçimləri: Titan, gümüş, qızıl, çəhrayı / Ağ, qara, platinium
14. Dizayn : "Sökülüb-yığılan modul" gövdə / açılmayan, bütöv gövdə
15. USB-C portu: Yoxdur / Var

Daha bir neçə fərq ilə təqdim olunan G6 modeli 2 martda ilk sifarişlərini qəbul edəcək və 10 martda rəsmi olaraq satışa çıxacaqdır. Telefonun qiymətinin 649-699 dollar arasında dəyişəcəyi deyilir. G6-nın Azərbaycanda neçəyə satılacağı hələ ki, məlum deyil. Təxminlərimizə görə ölkəmizdəki qiymət 1300-1500 Azn arasında olacaqdır.