Intel-in Mobileye şirkətinin Qüdsdə sınaqdan keçirdiyi sürücüsüz avtomobilindən son məlumatlar

İsrail şirkəti Qüdsdə sürücüsüz avtomobilləri test edir.

Intel-in satın aldığı İsrailin Mobileye texnologiya şirkəti sürücüsüz avtomobil texnologiyası üzərində işləməyi davam etdirir.

Mobileye Ford Fusion Hybrid avtomobilində test etdiyi texnologiyası ilə hələlik adı açıqlanmayan avtomobil şirkətinin 8 milyon avtomobilinə avtonom rejimdə idarə dəstəyini təmin edəcək. Intel-in sürücüsüz avtomobilini nəyə görə Qüds şəhərində test etdiyi də məlum olub.

Intel-in şirkəti Mobieye-ın baş icraçı direktoru Amnon Shashua Qüdsün maşınların aqressiv şəkildə idarə edildiyi bir yer olduğunu və sürücüsüz avtomobildəki  süni zəkanın sərhədlərini yoxlamaq üçün buradan uzağa getməyə ehtiyac olmadığını vurğulayıb. Avtonom rejimdə idarə etmə texnologiyasının cəld qərar vermə bacarğını test edən şirkət bu texnologiyanın piyada keçidindən istifadə etməyən piyadalara verdiyi reaksiya məsələsində işlərini davam etdirir. Hələlik maşındakı kameralardan faydalanan bu texnologiyada gələcəkdə LIDAR radar texnologiyaları da istifadəyə veriləcək.

Gələcək aylarda ABŞ-da da test yürüşü keçiriləcək maşının 2021-ci ildə satışa çıxarılacağı bildirilib.

VİDEO