Instagram yeni mesajlaşma tətbiqini istifadəyə verəcək

Instagram tətbiqinin mesajlaşma hissəsini əsas tətbiqdən ayırır.


Instagram Facebook Messenger platforması kimi mesajlaşmağı ayrı bir platformaya daşımağa hazırlaşır. Əsas tətbiqdən ayrılacaq mesajlaşma proqramının adı “Direct” olacaq.

“Direct” yazılı mesajdan əlavə fotoşəkil və video göndərilməsinə də icazə verəcək.

Instagramın hal-hazırda Boomerang, Hyperlapse, Layout adında 3 tətbiqi daha var.