Instagram istifadəçilərinin bilməli olduğu 5 məlumat

Sadəcə şəkil paylaşılan bu mobil tətbiq günümüzdə geniş yayılmışdır. Bunu nəzərə alaraq instagram istifadəçilərinin bilməli olduğu 5 məlumatı təqdim edirik.

1. Şəkil seçimi - küçəyə çıxdıqda digər insanlara narahatlıq verməmək üçün daha baxımlı olub, daha səliqəli geyinərik. Instagram-da da paylaşdığınız şəkillərin izləyicilərinizə narahatlıq verməməsini nəzərə alın və şəkillərin keyfiyyətli görünməsinə diqqət yetirin.

2. Oğrulara mane olmaq - bəzən sizə məxsus şəkillər sizin icazəniz olmadan başqaları tərəfindən mənimsənilə bilər. Çıxış yolu isə şəkilə kiçik bir imza atmaqdır. Üzərində dəyişiklik ehtimalı olmayan hissəyə tətbiqlər vasitəsi ilə öz adınızdan və yaxud "add watermark", "phonto" kimi mobil tətbiqlərdən istifadə edə bilərsiniz .

3. Etiket və yerləşmədən istifadə - paylaşımlarınıza etiket artırmağı unutmayın. Ən çox istifadə olunan etiketlərdən 30 ədəd olmaqla ( instagram daha artığına icazə vermir) istifadə etməyə çəkinməyin. Etiketlərdə cümlədən istifadə etməyin. Ümumiyyətlə düzgün istifadə olunan etiketlər sizi daha çox izləyiciyə çatdıracaq.

4. Daimi paylaşım - uzun müddət ara verməniz və yaxud müəyyən fasilərlə paylaşım etməniz unudulmanıza səbəb olacaqdır. Paylaşımları hər gün qaydalı etmək sizi daha yadda qalan edəcək.

5. Kütlənizə nəzarət edin - Instagram limitləri olan bir tətbiqdir. Siz bir instagram istifadəçisi olaraq maksimum 7500 nəfəri izləyə bilərsiniz. Həmçinin sizi izləməyi dayandıran izləyicilərdən də xəbər tutmaq mümkündür. Bunun üçün "Crowdfire" tipli tətbiqlərdən istifadə edə bilərsiniz.