Instagram-ın aktiv istifadəçi sayı nə qədərdir ?

Instagram hər keçən gün böyüməyə davam edir. Səlahiyyətlilər bu gün etdiyi şərh ilə aylıq aktiv istifadəçi sayını ictimaiyyət ilə paylaşdı. Snapchat-ı satın ala bilməyən Facebook Instagram-a əlavə etdiyi hekayələr xüsusiyyəti ilə Snapchat-a rəqib olmuşdu. Səlahiyyətlilər bu gün etdiyi şərh ilə Instagram-ın aylıq aktiv istifadəçi sayı ilə müvəffəqiyyətlərini gözlər önünə sərdilər. Instagram hər keçən gün böyüməyə davam edir ! Facebook bu gün etdiyi şərh ilə birlikdə Instagram-ın 600 milyon aylıq aktiv istifadəçiyə çatdığını açıqladı. Son altı ay içərisində 100 milyon istifadəçinin Instagrama qatıldığını ifadə edən Facebook sahib olduğu ictimai media platformasının böyük sürətlə böyüməyə davam etdiyini vurğuladı. Yeni əlavə edilən xüsusiyyətlər haqqında nə qədər fərqli reaksiyalar gəlsə də keyfiyyətli xidmət verən Facebook istifadəçilərindən müsbət reaksiyalar alır . Aktif istifadəçi sayını olduqca artıran Instagramın rəqabəti böyüdəcək yeni xüsusiyyətlərini irəliləyən zaman içində istifadəçilərinə təqdim etməsi gözlənilir.