Instagram-a yeni və maraqlı funksiyalar gələcək!

Hekayələr üçün ifadələr

Facebook-da bir neçə il əvvəl istifadə etməyə başladığımız ifadələri yaxın zamanda İnstagram-ın hekayələri üçün də istifadə edə biləcəyik. Burada Facebook-dan fərqli digər emojilərdən də istifadə oluna biləcək. Amma sosial mediyada bir sıra insanların mövzu barədə müzakirəsinə əsasən, bu yenilik Meksika, Tayvan, Argentina kimi ölkələrdə artıq istifadəyə verilib.

 

Hekayələr üçün yavaş hərəkət çəkiliş rejimi

İnstagram-da bir çox video məzmun yaradıcıları yavaş hərəkət rejimindən istifadə etməyi xoşlasa da, adətən bunu telefonun öz çəkiliş rejimləri və ya digər tətbiqlərin köməyilə edirdilər. Indi is' bunu Instagram-da da edə biləcəklər.

Bu yaxınlarda yalnız  iPhone SE, 6S, 6S+, 7, 7+, 8, 8+ və X və bəzi Android smartfonları üçün təqdim etdiyi və gələcəkdə də ümumi istifadəyə veriləcək hekayələrdəki şəkillər üçün “Fokus” rejimini təqdim edən İnstagram öz tətbiqi daxilində kameradan istifadə aktivliyini artırmaq istəyindədir.

 

Profilləri görməyi dayandırmaq və ya “səssiz”ə almaq funksiyası

Artıq Facebook-da aktiv olan, ancaq yalnız 30 günlüyünə istədyimiz şəxsin paylaşımlarını onu izlməyi dayandırmadan görməmək funkisyasının eynisi İnstagram-a da gələcək. Ancaq burada hər hansı zaman limiti qoyulmayacaq.

 

Hekayə arxivlərinin təqvim üzərində görünüşü

Ötən aylarda yayımlnanan hekayələr üçün arxiv xüsusiyyəti əsasən önə çıxarılmış hekayələr üçün istifadə olunur və müəyyən qədər qarışıq formaya malikdir. Yeni xüsusiyyət sayəsində isə hekayələri təqvim üzərində görə biləcəyik ki, bu da onları daha yaxşı ayırd edə bilməyimizə kömək edəcək.