Instagram-a portret rejimi gəlir?

Instagram bu yeniliklə çox diqqət çəkəcək.

Instagram-ın yeni filteri

iPhone 7 Plus və 8 Plus-da olan portret rejimi bir çox insanın diqqətini çəkmişdi. Kameranın öz xüsusiyyətləri ilə təmin edilən bu rejim, daha sonralar müxtəlif smartfonlarda proqram dəstəyi ilə təmin olunmağa başlanıldı. Daha sonralar smartfonunda bu rejim olmayan istifadəçilər bunları Google PlayApp Store-dakı tətbiqləri yükləməklə əldə etməyə başladılar.

Fotoşəkil paylaşımının ən çox aparıldığı ictimai platforma olan Instagram son günlərdə yeni xüsusiyyətlər ilə qarşımıza çıxmağa hazırlaşır. Instagram indi istifadəçilərini daha da xoşbəxt edəcək bir xüsusiyyət ilə gündəmdədir. Məhdud cihazlarda mövcud olan və kifayət qədər məşhur portret rejimi artıq Instagram foto filterlərindən biri olacaq. Ishan Agarwal adlı bir istifadəçi Android cihazında APK-nı izləyərkən Instagram-ın bu rejimdə işlədiyini göstərəcək bir video ilə qarşılaşıb. Instagram bu mövzu ilə əlaqədar hələki rəsmi açıqlama verməyib. Bundan öncə GIF funksiyasından əvvəl də eyni sükut mövcud idi.

Instagram foto filterlərini inkişaf etdirərək rəqiblərindən bir addım öndə olmağı bacarır. BoomerangSuperzoom ilə daha da məşhurlaşan Instagram, yeni portret rejiminin gəlməsi ilə böyük rəğbət qazanacaqdır.