Instagram "Hekayələr"-ə əlavə etdiyi yeni özəlliyini ləğv etdi!

Əksər istifadəçilərin maraqla gözlədiyi özəllik niyə ləğv edildi?

"Hekayələr"-də ekran görüntüsünü aldığınız zaman paylaşımı edən şəxsə bildiriş göndərməyə başlayan Instagram bu özəlliyi ləğv etməyə qərar verib. Əslində, bu özəllik yaxın bir müddət idi ki, Instagram-da aktiv edilmişdi. İndi isə məsələyə daha yaxından nəzər salaq.

Instagram bu özəlliyi nə üçün aktiv etmişdi?

Bundan sonra "Hekayələr"-də ekran görüntüsü alınan zaman bu paylaşımı edən şəxsə bildiriş göndərilməyəcək. Düşünürük ki, bu vəziyyət bəzi istifadəçiləri narahat edə bilər, çünki paylaşdığı görüntünün kimlərin əlinə keçməsini bilmək həmin şəxsin haqqıdır. Instagram da sözügedən özəlliyi aktiv etməklə istifadəçilərinin bu haqqını təmin edirdi.

Sınaq mərhələsini başa çatdıran şirkət bu yeni qərarı ilə bağlı hələ ki, bir açıqlama etməyib. Instagram-ın sınaq mərhələsi ərzində yavaş-yavaşmərhələli olaraq istifadəçilərin ixtiyarına verdiyi bu özəllik artıq minlərlə şəxs tərəfindən istifadə edilirdi. 

Instagram bu özəlliyi nə üçün ləğv etdi?

Sözügedən özəlliyin mərhələli şəkildə təqdim olunmasına görə hələ əksər istifadəçilər bu özəlliklə tanış deyildilər. Bu özəllik ilə hələ ki, tanış olmayan istifadəçilərə yaranan vəziyyətin çox da təsir edəcəyini düşünmürük. 

Onu da qeyd edək ki, Instagram sınaq mərhələsində hekayələrində ekran görüntüsü alınan istifadəçilərə xəbərdarlıq etməklə yanaşı ekran görüntüsünü alan şəxslərə də xəbərdarlıq etmişdi. Yəni, hər iki tərəf də bu addımı xəbərdar edildikdən sonra atırdı. Instagram-ın bu özəlliyi nə üçün ləğv etməsi hələ ki, dəqiq bilinmir və bu vəziyyət müvəqqəti də ola bilər. Artıq bəzi mənblərdə bu addım gizlilik siyasətində ediləcək dəyişikliklər ilə də əlaqələndirilir.