InstaFake ilə dostlarınızı təəccübləndirin!

InstaFake ilə saxta İnstagram mesajları yaradın! Daha ətraflı məlumat və yükləmə linki xəbərdə!
İnstagram-ın "Direct Message" bölməsi üçün hazırlanmış saxta mesajlaşma tətbiqini görmüsünüzmü? İnstaFake sayəsində saxta profillər yaradıb hər iki tərəfin mesajlarını idarə edə bilərsiniz. Həqiqisindən fərqlənməyən tətbiqin məqsədi isə sadəcə zarafat etməkdir.

AndroidiOS üçün yayımlanan InstaFake tətbiqi ilə saxta İnstagram söhbətləri hazırlayaraq əylənə bilərsiniz. İnterfeys olaraq İnstagram ilə birə-bir eyni olan tətbiqdə mesajın yazılma tarixdən tutmuş "görüldü" funksiyasına qədər hər şeyi yarada və sonradan dəyişdirə bilərsiniz. Tətbiqi hazırlayan komanda dah öncə də WhatsFake tətbiqini yayımlayaraq diqqətləri öz üzərinə çəkməyi bacarmışdı.



İnstaFake ilə saxta ekran görüntüləri yaradıb dostlarınızla zarafat edə bilərsiniz :-)

Önə çıxan özəlliklər:

- İstədiyiniz hərkəs ilə söhbət yarada bilərsiniz.

- İnstagram-dakı görüntünün eynisini yarada bilsəniz dostlarınız bunun saxta olduğunu anlaya bilməz.

- Söhbətin iki tərəfini də siz idarə edirsiniz.

- Söhbətdəki bütün detalları dəyişə bilirsiniz.

- Söhbətlərə şəkil əlavə edə bilirsiniz.

- "Görüldü" mesaj statusunu özünüz qeyd edirsiniz.

- Və daha bir çox şey!


Sonda qeyd edək ki, bu tətbiq tamamilə əylənmək məqsədi ilə yaradılıb və İnstagram ilə hər hansısa bir bağlantısı yoxdur. Siz də bu tətbiqi yaradılma məqsədindən kənara çıxmadan istifadə edərək dostlarınızla əylənin.

Aşağıdakı keçidlərdən İnstaFake tətbiqini yükləyə bilərsiniz:

App Store: https://itunes.apple.com/tr/app/instafake-direct-message/id1170817680&l=tr

Google Play Store: https://play.google.com/store/apps/details?id=com.tiawy.instafake