HyperX-in yeni Predator DDR4 ramları.

HyperX yeni Predator RGB DDR4 ramlarını təqdim etdi . Bu ramların digərlərindən əsas üstünlüyü HyperX İR Sync texnologiyasının istifadə edilməsidir. Bu texnologiyanın vasitəsi ilə ramlar da olan RGB LED işıqlandırma anakart firmalarının işıqlandırma sisteminə uyğunlaşaraq, rənglərin ortaq  olaraq hərəkət etməsinə və seçilməsinə şərait yaradır. Yəni ramlar ASUS Auro Sync, Gigabyte RGB Fusion MSİ Mystic Light Sync kimi proqramlarla problemsiz işləyir. Ramlar İntel-in ən son platformasına uyğunlaşdırılıb və İntel üçün xüsusi XMP-yə sahib hazır profilləri var.

HyperX ramları 1.35 V aralığında müxtəlif anakartlarda istifadə edilə bilər. HyperX Predator DDR4 ramları şirkət tərəfindən sınaq etdirilmişdir. Sizə tövsiyə olaraq deyə bilərik ki, ramlar çox gec xarab olduğundan  ramları xarici saytlardan rahatlıqla ala bilərsiz. Bu ramlar haqqında ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz.

Ramların texniki xüsusiyyətləri aşağıdakı kimidir.

Ramların sürətləri 2933 MHz-dir.

  1. 8 GB   HX429C15PB3A/8                                     
  2. 16 GB ( ikili )   HX429C15PB3AK2/16       
  3. 32 GB ( ikili )   HX429C15PB3AK4/32