Hololens-in Prosessoru Ortaya Çıxdı!

Sirr kimi saxlanan HoloLens-in holoqrafik prosessor moduluna dair inanılmaz detallar paylaşıldı! Microsoftun HoloLens cihazı hazırda bazarda ən mükəmməl artırılmış həqiqət funksiyalarını özündə birləşdirən cihazlardan biridir . Cihazı işlədən sistemin əsasını təşkil edən Holographic Processing Unit (HPU) ilə əlaqədar indiyə qədər çox detal ortaya çıxmamışdı. Lakin bəzi yeni hesabatlara görə bu sirr açılmış kimi görünür . Microsoft-un səlahiyyətlisi Nick Barber etdiyi bir açıqlamada HPU'nun tam olaraq necə çalışdığına dair ətraflı bir şərh etdi. Buna görə HPU-nun hamısı 12 mm kvadrat bir çip içərisində olmaqla 24 DSP nüvədən ibarət 28 nm Tensilica çipseti, 8 MB statik RAM, 1 GB DDR3 RAM saxladığı aydın olur. Bu xüsusiyyətlər ilk başda çox inanılmaz görünə bilər, lakin HPU'nun təxminən 65 milyon məntiqi girişə sahib olması və saniyədə təxminən bir trilyon əməliyyat yerinə yetirə bilməsi onu xüsusiləşdirən cəhətlərdəndir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .