Həyəcanla gözlənilən oyunçu smartfonu Xiaomi Black Shark təqdim edildi! [VİDEO]

Xiaomi-nin Black Shark modelinin aprelin 13-ü təqdim ediləcəyini öncəki yazımızda qeyd etmişdik. Nəhayət ki, Xiaomi tərəfindən təqdimatı həyəcanla gözlənilən Xiaomi oyunçu smartfonu Black Shark təqdim edildi. Rəsmi olaraq təqdim edilən Xiaomi Black Shark funksiyaları ilə bizdə həyəcan yaratdı həqiqətən də. Bu oyunçu telefonu həm ən üst təchizatlarla hazırlanıb, həm də qiyməti də bu təchizatlara görə çox münasibdir.

Maye soyutma sistemi, ayrıla bilən Gamepad kimi smartfon bazarında iz qoyacaq özəlliklərə sahib olan cihaz bu minvalda ən güclü hissələrlə təchiz olunub.

  • Qualcomm-un Snapdragon 845 prosessorundan güc alan smartfon oyun performansı baxımından olduqca yaxşı olan 8 GB RAM-a sahibdir.

  • Oyun oynayarkən smartfonun prosessorunu soyutmaq üçün maye soyutma sistemi quraşdırılıb ki, bununla da prosessorun yüklənməsi zamanı temperaturu 8 dərəcə aşağı salmaq mümkün olur.  

  • Oyun zamanı istifadəçinin diqqətini yayındırmamaq üçün səssiz rejim əlavə edilib ki, bu zaman da smartfona gələn bütün bildirişlər deaktiv edilir.

  • Telefonun qabaq alt düyməsinə barmaq izi texnologiyası əlavə edilib ki, bu da Black Shark-ı gündəlik istifadə üçün etibarlı bir cihaz edir.

Oyun oynayan zaman axıcı video keyfiyyəti üçün hərəkəti sabitləmək ağıllı texnologiyası. görüntü keyfiyyətini artırmaq, qaranlıq səhnələrdə detal işləmə kimi xüsusiyyətlər təqdim edən Xiaomi Black Shark oyun oynayan zaman istifadə olunan və sadəcə 40 qram ağırlığında olan Gamepad ilə birlikdə təqdim olunur.

Ayrıca olaraq da alına bilən Gamepad ancaq Xiaomi Black Shark-da deyil, Android 4.4 və yuxarı əməliyyat sistemi ilə işləyən bütün cihazlarda istifadə oluna bilir. Gamepad-in bir dəfə tam enerjisini doldurmaqla 30 saata qədər istifadə edərək oyun oynamaq olur.

Xiaomi-nin oyunsevərlər üçün xüsusi hazırladığı smartfon 5.99 düym ekrana sahibdir. 2160x1080 görüntü imkanına malik 18:9 nisbətli ekran 550 Nitlik parlaqlığa sahibdir. 8 nüvəli Snapdragon 845 prosessoru ilə işləyən Adreno 630 qrafik sürətləndiricidən güc alan cihazın kamera baxımından da müştərilərini razı salacağını deyə bilərik. Belə ki, cihaz arxa tərəfdə iki LED Flash-li 20 MP və 12 MP-lik kamera təqdim edir. Qabaq tərəfdə isə f/2.2 diafraqma aralığında 20 MP-lik bir kamera var.

Oyunsevərlərin uzun müddət telefonda oyunlar oynayacağını nəzərə alan şirkət telefonu 4000 mAh enerji tutumlu batareya ilə təchiz edib.

Xiaomi Black Shark-ın texniki xüsusiyyətləri

  • 5,99 düym (2160 × 1080 piksel) Full HD + 18:9 nisbətli ekran, 550 Nit parlaqlıq

  • 8 nüvəli Qualcomm Snapdragon 845 (2.8GHz) prosessoru

  • Adreno 630 GPU

  • 6/8GB LPDDR4X RAM

  • 64/128GB UFS 2.1 daxili yaddaş

  • Android 8.1 (Oreo)

  • Cüt SIM-kart (nano + nano)

  • f/1.75 diafraqma aralığında 20MP və f/1.75 diafraqma aralığında 12MP ikinci arxa kamera

  • f/2.2 diafraqma aralığında 20MP qabaq kamera

  • Barmaq izi sensoru

  • Yüksək performansa sahib oyun rejimi üçün Dual Smart PA, Hi-Fi Audio, SHARK düyməsi

  • 161.6 × 75.4x 9.25 mm həcm

  • 190 qram ağırlıq

  • 4G VoLTE, WiFi 802.11ac dual-band (2×2 MU-MIMO ), Bluetooth 5, GPS/GLONASS/Beidou, USB Type-C

  • Sürətli Enerji Yığım xüsusiyyətli 4000 mAh (maksimum) / 3900mAh (minimum) batareya

 

Qiyməti

Smartfonun 6GB RAM və 64 GB daxili yaddaşa sahib versiyası 477 $, 8GB RAM və 128GB daxili yaddaşa sahib versiyası isə 557 $-a satılacaq. Ayrıca olaraq Gamepad almaq istəyənlər isə 29 $-a cihazı əldə edə biləcəklər.

Black Shark-ı sifariş edən ilk 50 000 nəfərə isə Gamepad-in pulsuz veriləcəyi açıqlandı. Qeyd edək ki, Xiaomi Black Shark 20 aprel tarixində Çində satışa çıxacaq. Digər smartfon istehsalçılarına nisbətən daha münasib qiymətlərlə smartfonlar təqdim edən Xiaomi-nin yaxın zamanda bu gözəl smartfonu ölkəmizdə də satışa təqdim edəcəyinə ümid edirik.