Həyat yoldaşından boşanan iş adamı Uber-ə 45 milyon dollar təzminat iddiası açdı!

Uber şirkətinə görə həyat yoldaşından boşanan iş adamı Uber-ə 45 milyon dollarlıq təzminat iddiası açdı. Uber-dəki boşluq səbəbindən həyat yoldaşının özünü izləyərək aldadıldığını öyrəndiyini və bu səbəblə də boşandıqlarını iddia edən iş adamı Uber-dən 45 milyon dollar təzminat istəyir. Uber həm taksi xitməti verərkən, həmdə UberXL ilə xüsusi vasitələrin taksiyə bənzər bir sistemlə bir nöqtədən digər nöqtəyə sərnişin daşımasını təmin edir. Lakin klassik taksi xitmətləri ilə yanaşı Uber-in böyük xüsusiyyətlərindən biri də tətbiq üzərindən olduğunuz vasitənin yerini və hədəflənən nöqtəyə nə zaman çata biləcəyinizi görə bilməyinizdir. Buraya qədər hər sey yaxşıdır, ancaq olduğunuz yerin hər an izlənilməsi və gedəcəyiniz yerin bilinməsi sizi çətin vəziyyətə sala bilər. Belə ki, fransız bir iş adamının iddiasına görə Uber-də olan boşluq səbəbindən bu məlumatları izləmək mümkündür, hətta fransız iş adamı bu boşluq səbəbindən həyat yoldaşının harada olduğunu izlədiyini, bələliklə də aldadıldığını öyrəndiyini və həyat yoldaşıyla boşandıqlarını bildirir. Həyat yoldaşını aldatmasına rəğmən bu hadisənin tək səbəbkarı Uber olaraq görən fransız iş adamı isə bunun qarşlığında Uber-dən 45 milyon dollar təzminat istəyir. Fransız qəzeti Le Figaro-da yer alan xəbərdə artıq iş adamının Uber-ə qarşı hüquq mübarizəsini başlatdığı yazılır. Qarşıdakı dövrlərdə bu iddia necə olacaq və məhkəmənin qərarına əsasən hansı tərəf haqlı olacaq görəcəyik.