Hər ölkənin ən məşhur kitabını göstərən "Dünyanın Ədəbiyyat Xəritəsi"

Bəs siyahıya görə ölkəmizdə ən məşhur kitab hansıdır?


Ədəbiyyat sevən birisinizsə və hansı kitabı oxumağa qərar verə bilmirsinizsə, o zaman bu xəritə sizə çox kömək olacaq!

Bir Reddit istifadəçisi olduqca yaradıcı bir iş ərsəyə gətirib. Backforward24 adlı Reddit istifadəçisi həm bir çox akademikin, həm də Redditdə ədəbiyyatla maraqlanan istifadəçilərin köməyi ilə son dərəcə uğurlu bir işə imza ataraq Dünyanın ən məşhur kitablarını bir xəritədə toplamağı bacarıb.

Bəs siyahıya görə ölkəmizdə ən məşhur kitab hansıdır?

Backforward24 adlı istifadəçinin araşdırmalarına görə ölkəmizdə ən məşhur kitab Çingiz Abdullayevin "Mavi Mələklər" kitabıdır.

Aşağıdakı keçidlərdən xəritənin böyük halına baxa və Backforward24-un siyahısını oxuya bilərsiniz.


Dünyanın Ədəbiyyat Xəritəsi


Ölkələr üzrə ən məşhur kitabların siyahısı