Həftənin ən yaxşı 5 IOS tətbiqi

Bu tətbiqləri çox sevəcəksiniz.

Bu həftənin ən yaxşı 5 IOS tətbiqini sizlərlə bölüşmək istəyirik: 

Scrubbies

Video oynatma sürətini və istiqamətini asanlıqla manipulyasiya etməyə imkan verən Scrubbies app ilə hərəkətlərinizi ekranda daha gözə görünən şəkildə edə bilər və ya bu videoların içindən bir birindən gülməli şəkillər əldə edə bilərsiniz.

Cinegraph

Cinegraph tətbiqi xüsusi anlarınızı göstərmək üçün unikal bir yol təqdim edir. 

Mirror Emoji Keyboard

Öz şəxsi emosiya  klaviaturanızın olmağını istəyirsizsə  Mirror Emoji Klaviatura  məhz sizin üçündür. Bu proqramla üzünüzü, saçınızı emosiya  olaraq düzəldə bilərsiniz.

Selfissimo !

Google-un eksperimental tədqiqat texnologiyasından istifadə edən Selfissimo  tətbiqi siz hərəkət etdikcə  sizin şəkillərinizi çəkir və aralarından ən yaxşısını seçməyə çalışır.

SnapCalc

Riyazi misalları həll edərkən qarşılaşdığınız problemlərə son qoyun! Ağıllı kalkulyator tətbiqi SnapCalc siz çəkdiyiniz fotoşəkillərdə misalları həll edir və problemləri aradan qaldırır.